“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ YEVLAXDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR

Böyütmək | Kiçiltmək |

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində noyabrın 3-də Yevlax rayonunda sakinlərlə görüş keçirəcəklər. Saat 11:00-da Heydər Əliyev mərkəzində keçiriləcək görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarının sakinləri iştirak edəcəklər.

Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Görüşdə iştirak etmək istəyənlər Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-611-44-57) müraciət edə bilərlər.