BİTKİ SORTLARININ QEYDİYYATI VƏ TOXUM NƏZARƏTİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ AKADEMİK CƏLAL ƏLİYEVİN  90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə  əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin  90 illik yubileyinə həsr olunmuş tədbir kecirilib.

Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov akademik Cəlal Əlirza oğlu Əliyevin kecdiyi şərəfli həyat yolundan danışaraq qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da taxılçılıq ölkənin ərzaq təhlükəsizliyinin təminatı baxımından kənd təsərrüfatının əsas strateji sahələrindən biridir. Məhz bu səbəbdən akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının ən məhsuldar hissəsi, əsasən, Azərbaycanda taxılçılığın inkişafına həsr olunub. Mübaliğəsiz demək olar ki, elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində ölkədə qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. İlkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün Əkinçilik Elmi-tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin bilavasitə təşəbbüsü və kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin yaradılması istiqamətində addımlar atılıb və bu öz bəhrəsini verib. Əkinçilik Elmi-tədqiqat İnstitutu ilə respublikanın toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində taxıl istehsalı sürətlə artmış, yaradılmış yeni buğda sortlarının toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olub. Bu gün fermerlər tərəfindən, həmçinin iri taxılçılıq təsərrüfatlarında geniş şəkildə becərilən “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Qızıl buğda”, “Ləyaqətli 80”, “Zirvə 85” yumşaq buğda sortlarını bu mənada xüsusi olaraq qeyd etmək lazımdır. İndi aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydugu bir şəraitdə əkin sahələrinin təkmilləşdirilməsinə, innovativ texnoloğiyaların tətbiqinə, şəffaflıgın təmin olunmasına, əkinçilik mədəniyyətinin yüksəldilməsinə, yeni məhsuldar bitki sortlarının yaradılmasına və tətbiqinə daha çox ehtiyac duyulur. Bu məsələnin uğurlu həllində akademik Cəlal Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmiş elmi kollektivlərin, yaratdığı və himayə etdiyi elmi məktəbin üzərinə düşən məsuliyyət əhəmiyyətli dərəcədə yüksəkdir.

İmran Cümşüdov akademik Cəlal Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşadığını və onun elmi ideyalarının tələbələri tərəfindən layiqincə həyata keçirildiyini nəzərə çatdırıb.

Əkinçilik ET İnstitutunun direktori Cavanşir Təlai “Akademik Cəlal Əliyevin aqrar elmin inkişafında rolu”, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Yaqub Quliyevin “Beynəlxalq elmi təşkilatlarlarla əlaqələrin yaradılmasında akademik Cəlal Əliyevin rolu”  mövzularında  çıxışları dinlənilib.

Tədbirdə digər çıxış edənlər akademik Cəlal Əliyevin əziz xatirəsini yad etməklə , onunla bağlı xatirələrini bölüşüblər.