“KƏNDDƏN ŞƏHƏRƏ” MƏHSULLARINI “BRAVO” MARKETLƏR ŞƏBƏKƏSİNDƏ ƏLDƏ ETMƏK MÜMKÜN OLACAQ

Böyütmək | Kiçiltmək |

 

“Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Yaxın günlərdə istifadəyə veriləcək “Kənddən Şəhərə” mağazasında vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Layihə çərçivəsində həm də fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışına dəstək göstərilməsi nəzərdə tutulur. Bu məhsulları vətəndaşlarımız həm “Kənddən Şəhərə” mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər.

Dövlət Aqrar Ticarət Şirkətinin “Bravo” Marketlər Şəbəkəsi ilə əldə etdiyi razılığa əsasən, metronun “Koroğlu” stansiyası yaxınlığında yenicə istifadəyə verilmiş Qafqazın ən böyük hipermarketində “Kənddən Şəhərə” məhsullarının xüsusi stend və vitrini quraşdırılıb. Vətəndaşlar bu vitrinlərdən təbii və keyfiyyətli məshullar əldə edərək kiçik və orta fermer təsərrüfatlarının inkişafında pay sahibi ola bilərlər.

Tezliklə digər “Bravo” Marketlərdə də “Kənddən Şəhərə” məhsullarının əldə etmək mümkün olacaq.

 

“KƏNDDƏN ŞƏHƏRƏ” MƏHSULLARINI “BRAVO” MARKETLƏR ŞƏBƏKƏSİNDƏ ƏLDƏ ETMƏK MÜMKÜN OLACAQ
“KƏNDDƏN ŞƏHƏRƏ” MƏHSULLARINI “BRAVO” MARKETLƏR ŞƏBƏKƏSİNDƏ ƏLDƏ ETMƏK MÜMKÜN OLACAQ