TOXUM VƏ TİNG İSTEHSALÇILARINA SUBSİDİYANIN VERİLMƏSİNƏ BAŞLANILB

Böyütmək | Kiçiltmək |

 

Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxıb. Ekspert Şurasının qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik  təsərrüfatlarına 5 milyon 409 min 386 manat vəsait ödənilib. Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə Ekspert Şurasında baxılır və yaxın günlərdə Toxum və ting istehsalçılarına subsidiya ödəniləcəkdir.

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

TOXUM VƏ TİNG İSTEHSALÇILARINA SUBSİDİYANIN VERİLMƏSİNƏ BAŞLANILB