DAHA 1677 ARIÇIYA 344600 MANAT SUBSİDİYA VERİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL EDİLİB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

İclasda 16 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1677 arıçıya saxladıqları 34460 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 344600,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı  kimi olmuşdur: 

 

 

Rayon

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)

Arı ailələrinin (pətəklərin) sayı (ədəd)

Subsidiyanın məbləği (manat)

1

Gədəbəy

149

1 780

17 800

2

Qubadlı

4

139

1 390

3

Tovuz

120

1 818

18 180

4

Şəmkir

88

1 352

13 520

5

Masallı

147

2 314

23 140

6

Yardımlı

168

2 249

22 490

7

Kəlbəcər

41

1 259

12 590

8

Zəngilan

1

18

180

9

Şamaxı

76

2 027

20 270

10

Qax

145

5 733

57 330

11

Bərdə

4

100

1 000

12

Neftçala

16

190

1 900

13

Balakən

284

7 183

71 830

14

Laçın

74

2 087

20 870

15

Lerik

220

3 337

33 370

16

Qəbələ

140

2 874

28 740

Yekun:

1677

34460

344600

 

 Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

 

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 10290 arıçya 240939 arı ailəsinə (pətəyə) görə 2409,39 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.