MASALLIDA NÖVBƏTİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Cari ilin müvafiq dövrü ərzində Dövlət Baytarlıq Xidmətinin Masallı  Rayon Baytarlıq İdarəsi  “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun 74022 baş iribuynuzlu, 94748 baş xırdabuynuzlu, 14121 baş cavan iribuynuzlu,  653 baş təkdırnaqlı heyvanda qarayara, 73610 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 72821 baş xırdabuynuzlu heyvanda çiçək, 123891 baş iribuynuzlu heyvan, 48022 baş xırdabuynuzlu heyvanda dabaq, 5578 baş iribuynuzlu, 6862 baş iribuynuzlu, 2080 baş xırdabuynuzlu heyvanda leptospiroz, 11361 baş iribuynuzlu, 15350 baş xırdabuynuzlu heyvanda bruselyoz, 2712 baş it  quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 498630 baş quşda “H” vaksini, 504050 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar Masallıda olan İlkin Şükürova məxsus təsərrüfat baxış keçirilib, sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra 1500 kvadratmetr sahədə dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib. 

Qeyd edək ki, car ilin müvafiq dövrü ərzində Masallı rayonunda 91230 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunur.

Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib. Dezinfeksiya və dezinseksiyaedici dərmanlar təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla əraziyə tətbiq olunur.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Masallı Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirirlər.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

      MASALLIDA NÖVBƏTİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR
      MASALLIDA NÖVBƏTİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR
      MASALLIDA NÖVBƏTİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR