ADAU-DA “KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI-ELM” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  “Kənd təsərrüfatının inkişafı-elm” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransdan iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfransı giriş sözü ilə açan universitetin  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin üstünlük təşkil etməsinin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının sahibkarların tələblərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması, universitet-fermer əlaqələrinin gücləndirilməsi barəsində danışıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun salamlarını iştirakçılara çatdıran nazir müavini Seyfəddin Talıbov tədbirin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb. Qeyd olunub ki, konfransın mövzusu ən aktual problemlərdən biri olmaqla, aqrar sahənin inkişafında innovasiyaların rolunun artırılması mövzularına həsr olunub.

“Aqrar sahibkarlığın inkişafı-innovasiyalar” mövzusunda çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru, texnika elmləri doktoru Elçin Zeynalov müasir dövrdə aqrar sahədə sahibkarlığın inkişafında və innovasiyaların tətbiqində dövlət dəstəyinin rolu, aqrar elm və aqrar təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyası barədə məruzə edib.

Konfransda iştirak edən Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru,   Rusiya Elmlər Alademiyasının akademiki Sergey Volkov “Elektron kənd təsərrüfatı-torpaqdan ağıllı istifadə və yerquruluşunun yeni texnologiyaları”, Miçurin Dövlət Aqrar Universitetinin rektoru, professor Vadim Babuşkin “Miçurin Dövlət Aqrar Universitetində peşəyönümlü işlər-Uşaq texnoparkının timsalında-Aqronomluq, biologiya və texnika sahəsində innovasiyalar”, K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının müdiri, professor Fevzi Cəlilov “Bitki mühafizəsinin müasir problemləri”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Bəşirov “İqlim dəyişikliklərinə uyğunlaşan ağıllı kənd təsərrüfatı təcrübələrinin tətbiqi”, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov “Aqrar sahənin innovativ inkişafında dövlət-özəl sektor (biznes) əməkdaşlığının rolu”,  Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov “Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılması-dünya təcrübəsi”, Ümumi əkinçilik, genetika və seleksiya  kafedrasının dosent Fariz Ələkbərov “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının texnologiyası: mövcud vəziyyət, problemlər və perspektivlər”, Kənd təsərrüfatı texnikası kafedrasının dosenti Urfan Tağıyev  “Kənd təsərrüfatı məhsullarının realizə edilməsində logistikanın rolu” mövzuları üzrə maraqlı məruzələrlə çıxış ediblər.

Tədbirdə ADAU-nun professor müəllim-heyəti ilə yanaşı fermerlər, ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, elmi-tədqiqat institutlarının direktorları, habelə Azərbaycan mənşəli fransız alimi Dr. Əhməd Xeyirpur iştirak edib.

Tədbirin sonunda Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru, akademik Sergey Volkov və Miçurin Dövlət Aqrar Universitetinin rektoru, professor Vadim Babuşkinə “ADAU-nun Fəxri Doktoru” diplomları təqdim olunub.

Tədbirdən sonra konfrans iştirakçıları ADAU-nun Bitki və baytarlıq klinikaları, torpaq­şünaslıq və aqrokimya, toxumçuluq, qapalı və açıq balıq­yetişdirmə  laboratoriyaları, istixanaları, eksperimental hey­van­darlıq kompleksi, təlim mərkəzləri, tələbə evləri və digər təsisatlarla yaxından tanış olublar.