YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Cari ilin müvafiq dövrü ərzində Dövlət Baytarlıq Xidmətinin Yevlax  Rayon Baytarlıq İdarəsi  “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı  “H” vaksini və “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 12117 baş iribuynuzlu və 3514 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar Yevlaxda olan “Bərəkət” və “Laçın” heyvandarlıq təsərrüfatına baxış keçirilib. Sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra “Bərəkət” kəndli-fermer təsərrüfatının 2400 kvadratmetr sahəsində və “Laçın” heyvandarlıq təsərrüfatının isə 1500 kvadratmetr sahəsində dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib. 

Qeyd edək ki, car ilin müvafiq dövrü ərzində Yevlax rayonunda 144112 kvadratmetr sahədə profilaktiki və 40 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri görülüb.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunur.

Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib. Dezinfeksiya və dezinseksiyaedici dərmanlar təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla əraziyə tətbiq olunur.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirirlər. Aparılan maarifləndirmə işlərinə Dövlət Baytarlıq Xidmətinin Yevlax rayonuna ezam edilmiş əməkdaşları da dəstək veriblər. Heyvan sahibləri ilə keçirilən görüşlərdə dövlət büdcəsindən maliyyələşdirilən və heyvan sahiblərinin (mülkiyyətçilərin) öz vəsaiti hesabına aparılan xəstəliklər barədə məlumatlar, eləcə də heyvanların baytarlıq-sanitariya tələblərinə uyğun saxlanılmasına dair tövsiyələr verilib.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR
YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR

YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR
YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR
YEVLAXDA EPİZOOTİK TƏDBİRLƏRƏ DAİR MAARİFLƏNMƏ İŞLƏRİ APARILIR