ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası davam etdirilir. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Sucma kəndində yerləşən fermer təsərrüfatında 2500 kvadratmetr, Oxud kəndi ərazisində  yerləşən Niyazi Səfərova məxsus maldarlıq təsərrüfatında 850 kvadratmetr, Dərəcənnət kəndində yerləşən İsrəfilə Abdullayev məxsus qoyunçuluq fermasında 1300 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Şəki rayonunda 31906 kvadratmetr ərazidə dezinfeksiya, 30125  kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.

Ümumiyyətlə, heyvanlar saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Şəki  Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu dövr ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 20066 baş iribuynuzlu və 4862 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3268 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik), 4836  baş qoçlarda infeksion epidedimitə (seroloji) və 1789 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkar edilməyib.

Həmçinin cari ilin ötən dövrü ərzində 71219 baş iribuynuzlu, 293121 baş xırdabuynuzlu, 6683 baş cavan iribuynuzlu, 3052 baş təkdırnaqlı heyvanda qarayara, 121637 baş iribuynuzlu heyvanda, 145631 baş xırdabuynuzlu heyvanda dabaq, 63474 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5998 baş iribuynuzlu heyvanda leptospiroz, 219292 baş xırdabuynuzlu heyvanda çiçək, 48629 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 10914  baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4993 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 199114 başda “La-sota” vaksini, 200028 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Şəki Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.

Hazırda Şəki Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə  aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika  ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR
ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR
ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR
ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR
ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR
ŞƏKİ RAYONUNDA CARİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİ YEKUNLAŞIB VƏ NÖVBƏTİ İLƏ HAZIRLIQ GÖRÜLÜR