2018-Cİ İLDƏ ARIÇILARA SUBSİDİYANIN VERİLMƏSİ PROSESİ BAŞA ÇATIB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

İclasda 29 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1840 arıçıya saxladıqları 40627 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 406270,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı  kimi olub: 

 

 

Rayon

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)

Arı ailələrinin (pətəklərin) sayı (ədəd)

Subsidiyanın məbləği (manat)

1

İsmayıllı

211

3 913

39 130

2

Balakən

61

994

9 940

3

Gədəbəy

6

47

470

4

Kəlbəcər

40

863

8 630

5

Qəbələ

30

518

5 180

6

Siyəzən

24

620

6 200

7

Şəki

124

3 663

36 630

8

Şuşa

5

281

2 810

9

Tərtər

10

245

2 450

10

Ağdam

70

1 057

10 570

11

Yardımlı

9

96

960

12

Lənkəran

97

1 720

17 200

13

Ucar

68

1 040

10 400

14

Samux

42

651

6 510

15

Gəncə

63

2 992

29 920

16

Şəmkir

5

66

660

17

Şabran

74

2 750

27 500

18

Quba

399

10 772

107 720

19

Qazax

208

2 350

23 500

20

Beyləqan

1

50

500

21

Bərdə

5

100

1 000

22

Biləsuvar

81

1 452

14 520

23

Yevlax

29

807

8 070

24

Nefçala

1

21

210

25

Daşkəsən

66

1 708

17 080

26

Şirvan

4

81

810

27

Ağdaş

49

877

8 770

28

Abşeron

7

332

3 320

29

Saatlı

51

561

5 610

Yekun

1 840

40 627

406 270

 

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Respublika Komissiyasının 2018-ci ildə keçirilmiş iclaslarında ölkə üzrə ümumilikdə 13482 arıçya 310623 arı ailəsinə (pətəyə) görə 3106,23 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərarlar qəbul edilib.

Bununla da 2018-ci ildə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi prosesi başa çatıb.