KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib. 

Tədbirdə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə toxunulub, bu sahənin kənd təsərrüfatının prioritet sahələrindən biri olduğu vurğulanıb. Yekunda bu cür müzakirələrin mütəmadi olaraq ayda bir dəfə keçirilməsi qərara alınıb.

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB