NAZİR HEYDƏR ƏSƏDOV TÜRKİYƏNİN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ERKAN ÖZORAL İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV TÜRKİYƏNİN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ERKAN ÖZORAL İLƏ GÖRÜŞÜBFevralın 2-də Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral  ilə görüşüb.

Nazir Heydər Əsədov səfir Erkan Özaralı bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir Heydər Əsədov, hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri və onların qurumları arasında sıx əlaqələrin daha da inkişaf etdirilməsini məqsədəuyğun hesab edib. Nazir aqrar sahədə Türkiyənin əldə etdiyi uğurları yüksək qiymətləndirib, xüsusən də dost ölkənin toxumçuluq və tərəvəzçilik sahəsində təcrübəsindən bəhrələnmək və bu sahədə mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasını nəzərə çatdırıb.  Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.  

Erkan Özaral Kənd Təsərrüfatı Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib. Azərbaycanın iqtisadi inkişafının bundan sonra da sürətlə davam edəcəyinə əminliyini bildirən səfir aqrar sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işində öz səylərini əsirgəməyəcəyini bildirib.