AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ SLOVENİYANIN NOVA GORİCA  UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ İLƏ SLOVENİYANIN NOVA GORİCA  UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİRAzərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri də Sloveniyanın Nova Gorica Universitetidir. Avropa İttifaqının ERASMUS+ programı çərçivəsində  ADAU-nin bir magistrantı qeyd olunan universitetdə təhsilini başa vurub. Hazırda bir doktorant təhsil alır, yaxın günlərdə daha 3 tələbənin göndərilməsi də nəzərdə tutulub.

Universitetlərarası əlaqələrin genişləndirilməsi məqsədilə, ERASMUS+layihəsi çərçivəsində təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov hazırda  Sloveniyada səfərdədir. Anar Hətəmov səfəri çərçivəsində Nova Gorica Universitetinin rektoru, professor, doktor Danilo Zavrtanik ilə görüşərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

Görüşdə univesitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsinin artırılması, birgə və ikili diplomlu təhsil proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri müzakirə olunub.