NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV AVROPA İTTİFAQININ NEAR BAŞ DİREKTORLUĞUNUN BÖLMƏ RƏHBƏRİ VASSİLİS MARAQOS İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV AVROPA İTTİFAQININ NEAR BAŞ DİREKTORLUĞUNUN BÖLMƏ RƏHBƏRİ VASSİLİS MARAQOS İLƏ GÖRÜŞÜBFevralın 9-da Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa İttifaqının NEAR Baş Direktorluğunun Bölmə rəhbəri Vassilis Maraqos ilə görüşüb.

Görüşün məqsədi Avropa İttifaqının Fəaliyyət Planının 2017-ci il üzrə formalaşdırılması prosesi ilə  bağlı müzakirələrin aparılması olub.

Qonaqları səmimi salamlayan nazir müavini Seyfəddin Talıbov Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında bir sıra layihələrin uğurla həyata keçirildiyini, bunun cari ildə də davam etdirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.   

Nazir müavini Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, 1996-cı ildən aqrar sahədə başlayan bu əlaqələrin bu gündə uğurla davam etdiyini nəzərə çatdırıb.  Həmin vaxtdan Avropa İttifaqı tərəfindən ölkəmizdə böyük layihələrin həyata keçirildiyini, bu layihələrin kənd təsərrüfatının inkişafına öz töhvəsini verdiyini, bu gündə həyata keçirilən “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsi,  “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin gücləndirilməsi” Tvinninq layihəsinin uğurla davam etdirildiyini bildirib.

Nazir müavini regionların inkişafının ən vacib məsələ olduğunu , “Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas hədəflərə dəstək, prioritet hesab olunan, o cümlədən ixracyönümlü sahələr, həmçinin fitosanitar və baytarlıq sahəsində standartların tətbiqi və keyfiyyətə nəzarətin yüksəldilməsi, aqrar təhsil və məsləhət xidməti sahəsində əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirib.  

Vassilis Maraqos səmimi qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin, o cümlədən baytarlıq və fitosanitar sahədə görülmüş işlərin əhəmiyyətini qeyd edərək bu layihələr çərçivəsində göstərilən yardımlardan fermerlərin faydalandığını bildirib. Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələr çərçivəsində fermer və sahibkarlarının, xüsusilə də gənc fermerlərin Avropa İttifaqı ölkələrində təlimlərə cəlb olunmalarını məqsədəuyğun hesab edibi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanların olduğunu nəzərə çatdırıb.