ATTESTASİYA KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

ATTESTASİYA KOMİSSİYASININ İCLASI KEÇİRİLİB“Toxumçu- luq haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq regionlarda toxumçuluq və tingçiliyin genişləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatı bitkiləri ATTESTASİYA KOMİSSİYASININ İCLASI KEÇİRİLİBtoxumçuluğu ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin müraciətlərinə onların iştirakı ilə Attestasiya Komissiyasının iclasında baxılaraq yekun qərar qəbul olunur.

10 fevral tarixində Kənd Təsərrüfatı Nazirliyində, attestasiya komissiyasının sədri, nazir müavini İlham Quliyevin sədrliyi ilə Attestasiya Komissiyasının iclası keçirildi. İclasda hüquqi və fiziki şəxslər tərəfindən daxil olan müraciətlərə təsərrüfat nümayəndələrinin iştirakı ilə baxılaraq, 22 təsərrüfat taxıl toxumçuluğu, 3 təsərrüfat taxıl və kartof toxumçuluğu, 3 təsərrüfat taxıl və qarğıdalı toxumçuluğu, 2 təsərrüfat taxıl və paxlalı bitkilər toxumçuluğu, 2 təsərrüfat taxıl və pambıq toxumçuluğu, 3 təsərrüfat taxıl və yonca toxumçuluğu, 3 təsərrüfat taxıl toxumçuluğu və meyvə tingçiliyi, 2 təsərrüfat meyvə tingçiliyi və 2 təsərrüfat pambıq toxumçuluğu üzrə olmaqla, cəmi 42 təsərrüfatın toxum və ting istehsalçısı kimi qeydiyyata alınması barədə müvafiq qərar qəbul olunub.