KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ “YOL XƏRİTƏSİ”NDƏKİ TƏDBİRLƏRİN İCRASI ÜÇÜN STRATEJİ PLANLAŞDIRMAYA DAİR TƏQDİMAT KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ “YOL XƏRİTƏSİ”NDƏKİ TƏDBİRLƏRİN İCRASI ÜÇÜN STRATEJİ PLANLAŞDIRMAYA DAİR TƏQDİMAT KEÇİRİLİB
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər əsas götürül- məklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb. Bununla bağlı Nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi və Nazirliyin şöbə müdirləri, Nazirlik yanında qurumların iştirakı ilə təqdimat keçirilib. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində” rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılması hesabına ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ “YOL XƏRİTƏSİ”NDƏKİ TƏDBİRLƏRİN İCRASI ÜÇÜN STRATEJİ PLANLAŞDIRMAYA DAİR TƏQDİMAT KEÇİRİLİBbağlı konkret hədəflər qoyulub. Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf-lərə effektiv şəkildə nail olmaq üçün icra ediləcək tədbirlərdə planlaşdırma çox vacibdir, buna görə də Nazirlikdə bütün struktur bölmələrin strateji planlaşdırma  əsasında fəaliyyət göstərməsi mexanizmi tətbiq olunacaq.

Nazirliyin İcmallaşdırma və statistik təhlil şöbəsinin hazırladığı strateji planlaşdırma mexanizmi qurum rəhbərlərinə təqdim edilib. Təqdimatda təhlil qiymətləndirmələrin aparılması, yeni inkişaf hədəflərinin qoyulması, indikatorların müəyyənləşdirilməsi,monitorinq sisteminin tətbiq olunması və digər məsələlərə dair metodlar və praktiki nümunələr nümayiş etdirilib.

Müzakirələr zamanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, strateji planların həyata keçirilməsinineffektiv şəkildə monitorinqi üzrə həm qurumlarda strukturdaxili, həm də Nazirlik üzrə monitorinq bölməsi fəaliyyət göstərəcək, həmçinin monitorinq prosesi müasir informasiya texnologiyaları alətləri geniş tətbiq olunmaqla aparılacaq.

Sonda nazir müavini Seyfəddin Talıbov Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəflərə nail olmaq üçün müvafiq tapşırıq və tövsiyələrini verib.