BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİBFevralın 23-də Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumunun iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilib.

Biznes-forumun açılışında çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, respublikanın aqrar sektorunda əməkdaşlıq üçün bütün lazimi normativ-hüquqi baza, münbit biznes şəraiti mövcuddur. Dövlət tərəfindən aqrar sahədə vergilərin aradan qaldırılması da Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafında əhəmiyyətli rol oynayacaq.

Nazir xüsusilə vurğulayıb ki, Türkiyə iş adamları tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması üçün bundan sonra da hər cür şərait yaradılacaq.

BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİBO qeyd edib ki, son illər Prezident İlham Əliyevin ölkənin aqrar sektoruna qayğısı sayəsində kənd təsərrüfatının bir çox sahələrinə subsidiyalar artırılıb, emal sənayesinin inkişafı istiqamətində tədbirlər görülüb.

Heydər Əsədov diqqətə çatdırıb ki, biznes-forumun təşkilində başlıca məqsədlərdən biri də qardaş ölkənin aqrar sahədə qabaqcıl təcrübəsini öyrənmək, eləcə də, Azərbaycanın kənd təsərrüfatına investisiya qoyuluşu ilə bağlı müzakirələr aparmaqdır.

Bildirilib ki, ötən il Azərbaycanın Türkiyədən ərzaq məhsulları üzrə idxalın həcmi 100 milyon dollardan çox olub. Lakin Azərbaycan dost ölkə ilə həm də emal sənayesinin bütün sektorları üzrə geniş əlaqələr qurmaq, birgə istehsal müəssisələri yaratmaq niyyətindədir.

Toxumçuluq, baramaçılıq və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu deyən Heydər Əsədov onu da nəzərə çatdırıb ki, dünyanın 11 iqlim tipindən 9-nun Azərbaycanda olması respublikamızda kənd təsərrüfatı sahəsinin çoxşaxəli inkişafına münbit şərait yaradır.

Nazir bundan başqa, türkiyəli iş adamlarına əczaçılıq, heyvandarlıq sahələrində də ciddi dəstək veriləcəyini söyləyib. Elm, təhsil və təlim, o cümlədən fitosanitar və digər sahələrdə Türkiyədə təhsil almaq, onların təcrübəsindən yararlanmaq Azərbaycan üçün çox önəmlidir. Həmçinin əlavə edib ki, Azərbaycan Türkiyədən dəyəri 30-50 milyon dollar olan kənd təsərrüfatı texnikası almaq niyyətindədir.

Biznes-forumda çıxış edən Türkiyə Respublikasının qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik müasir dövrdə aqrar sektorun inkişafının bəşəri əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd olunub ki, bu gün dünyanın 39 ölkəsinin əhalisi qida, 80 ölkə isə su çatışmazlığından əziyyət çəkir. Araşdırmalara görə, 2050–ci ildə dünya əhalisinin sayı 10 milyard təşkil edəcək ki, onun da 2 milyardı aclıqla üzləşə bilər.

Nazir deyib ki, Türkiyə 24 milyon hektar münbit torpağa malik olmaqla, Avropa ölkələri arasında kənd təsərrüfatının inkişafı sahəsində öncül yerlərdən birini tutur.

BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB
BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLİB“Türkiyə bugünədək 4 ölkə - Ukrayna, Gürcüstan, İran və Çexiya ilə kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq münasibətləri qurub. Bunlar əsasən mexanizasiya, toxumçuluq, heyvandarlıq, meyvəçilik və digər sahələri əhatə edir. Sözügedən əməkdaşlıq Azərbaycanda da həyata keçiriləcək”. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün həm də Avropaya çıxış rolunu oynayır.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan-Türkiyə kənd təsərrüfatı icra komitəsinin 8-ci iclasının protokolu imzalanıb.

Protokolu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr idarəsinin rəisi Ali Rəcəb Nazlı imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrinin daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər və qeyd ediblər ki, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşavirlərindən biri qardaş ölkənin Azərbaycandakı səfirliyində fəaliyyət göstərəcək ki, onun da əsas missiyası müxtəlif layihələrin icrasına nəzarət etməkdən ibarət olacaq.

Nazir Heydər Əsədov ölkəmizin idxaldan asılılığının azaldılmasına toxunaraq deyib ki, Azərbaycan və Türkiyə iş adamları birgə istehsal müəssisələri yaratmaqla, idxaldan asılılığın azalmasına səbəb ola bilərlər və bunun üçün dövlətlər səviyyəsində bütün imkanlar yaradılıb.

Biznes-forumda Azərbaycan və Türkiyədən 200-dək iş adamı iştirak edib.