SÜNİ MAYALANDIRMA MÜTƏXƏSSİSLƏRİNİN İCTİMAİ BİRLİYİNiN TƏSİS İCLASI KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək

25 fevral 2017-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin  “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsində  peşə təşkilatı kimi süni mayalandırma mütəxəssislərinin ictimai birliyinin yaradılması üzrə təsis iclası keçiriləcəkdir. İclasda respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən süni mayalanma, baytarlıq və zoomühəndislik mütəxəssisləri, elmi-tədqiqat institutunun və müvafiq ali və orta ixtisas təhsili müəssisələrinin əməkdaşları iştirak edəcəkdir. İclasda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf Etdirilməsi” Layihəsi çərçivəsində mütəxəssis hazılığının aparılması və yaradılacaq ictimai birliyin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcəkdir.