NAZİR MÜAVİNİ İLHAM QULİYEV MOLDOVA RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ LİLİAN DARİY İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ İLHAM QULİYEV MOLDOVA RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ LİLİAN DARİY İLƏ GÖRÜŞÜBFevralın 27-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Moldova Respublikasının xarici işlər nazirinin müavini  Lilian Dariy ilə görüşüb.

Görüşdə Azərbaycanla Moldova arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nazir müavini İlham Quliyev qonağı səmimi salamlayaraq kənd təsərrüfatı sahəsində hər iki ölkə arasında əməklıq üçün geniş potensial imkanların olduğunu vurğulayıb.

Görüşdə nazir müavini İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə aqrolizinq xətti ilə  kənd təsərrüfatı texnikalarına güzəştlərin ayrılması, pambıqçılıq, tütünçülük və heyvandarlıq sahələrinə subsidiyaların verilməsi, fermer və sahibkarları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

Nazir müavini İlham Quliyev həmçinin son üç ildə nazirlik tərəfindən müasir komplekslər- Baytarlıq şəhərciyinin tikilməsi, Rayon Kənd Təsərrüftı İdarələrinin istifadəyə verilməsi və bölgədə ən böyük Süni Mayalama Mərkəzinin yaradılması barədə məlumat verib.

Nazir müavini İlham Quliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyi arasında iqtisadi və elmi-texniki əməkdaşlıq”, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq” Sazişləri və “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında baytarlıq-sanitariya” Konvensiyası imzalandığını nəzərə çatdırıb.

Nazir müavini İlham Quliyev Moldova iş adamlarını may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Moldova Respublikasının xarici işlər nazirinin müavini  Lilian Dariy səmimi qəbula görə təşəkkürünü bildirirərək Moldova ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Nazir müavini Lilian Dariy Azərbaycanla Moldova arasında biznes imkanlarının araşdırılmasının məqsədəuyğun olduğunu, xüsusilə şərabçılıq sahəsində Moldova təcrübəsinin Azərbaycan sahibkarları üçüb maraq doğuracağına ümidvar olduğunu bildirib.

Moldova Respublikasının xarici işlər nazirinin müavini  Lilian Dariy iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.

Görüşdə hər iki ölkənin səfirləri iştirak edib.