AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ SÜNİ MAYALANDIRMA İŞLƏRİNİN İNKİŞAFINA HƏSR EDİLMiŞ TƏDBİR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ SÜNİ MAYALANDIRMA İŞLƏRİNİN İNKİŞAFINA HƏSR EDİLMiŞ TƏDBİR KEÇİRİLİB25 fevral 2017-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin  “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsində respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırlması məqsədi ilə həyata keçirilən tədbirlər, kadr hazırlığı məsələləri, uçot-hesabat sisteminin hazırlanmasında informasiya-kommunikasiya texnologiyaları və digər aktual məsələlər müzakirə edilib. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf Etdirilməsi” Layihəsi çərçivəsində mütəxəssis hazırlığının aparılması və beynəlxalq əlaqələrin qurulması sahəsində görülən işlər və planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ SÜNİ MAYALANDIRMA İŞLƏRİNİN İNKİŞAFINA HƏSR EDİLMiŞ TƏDBİR KEÇİRİLİBaparılıb. Tədbirdə Azərbaycan Dövlət  Aqrar  Universitetinin prorektoru Anar Hətəmov universitetdə kadr hazırlığı sahəsində əldə edilmiş nailiyyətlər haqqında çıxış edib. Həmçinin İsmayıllı, Şəki, Zaqatala, İsmayıllı, Bərdə, Ağcabədi, Ağdaş, Goranboy, Daşkəsən, Samux, Göygöl və Şəmkir rayonundan olan süni mayalandırma mütəxəssisləri və rayon kənd təsərrüfatı idarələrinin əməkdaşları mövcud problemlər və qarşıda duran vəzifələr barədə məlumat verib. 

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin  rektoru, akademik İbrahim Cəfərov və  Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak edib.

Tədbirdən sonra “Heyvanların Süni Mayalandırıılması Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin yaradılması üzrə təsis iclası keçirilib. İclasda respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən süni mayalanma, baytarlıq və zoomühəndislik mütəxəssisləri, elmi-tədqiqat institutunun və müvafiq ali və orta ixtisas tədris müəssisələrinin əməkdaşları iştirak edib.