AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN AQRONOMLUQ FAKÜLTƏSİNDƏ “TƏBİƏTİ SEVƏNLƏR UNUDULMUR” ADLI SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN AQRONOMLUQ FAKÜLTƏSİNDƏ “TƏBİƏTİ SEVƏNLƏR UNUDULMUR” ADLI SEMİNAR KEÇİRİLİB
Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illi tamam olur.

Bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində geniş tərkibdə seminar keçirilib.

Azərbaycanda coğrafiyanın, torpaqşünaslığın, əkinçiliyin, bitkiçilik elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya və meşəçiliyin simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətlərindən danışılıb. Seminarı universitetin rektoru,  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb və deyib ki, Həsən Əliyev bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN AQRONOMLUQ FAKÜLTƏSİNDƏ “TƏBİƏTİ SEVƏNLƏR UNUDULMUR” ADLI SEMİNAR KEÇİRİLİBtarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib.

Azərbay- canın elm xəzinəsinə dəyərli töhfələr verən görkəmli alim, ictimai-siyasi xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

ADAU-un Aqronomluq fakültəsinin Ekologiya və meşəçilk kafedrasının professoru Zakir İbrahimov məruzəsində vurğulayıb ki, Həsən müəllim üçün torpaq və vətən anlayışı olduqca müqəddəs idi. Bu müdrik insanın fikrincə, torpaq ona görə cazibədardır, doyumsuz və həmişə cavandır ki, ona anamızın südü hopmuşdur, atalarımızın çörəyinin ətri, dadı qarışmışdır, xalqımızın maddi və mənəvi dünyasının inciləri, ləyaqəti onda yuva salmışdır. Təsər­rüfat­sızlıq ucundan eroziyaya uğrayan bəhrəsiz torpaqlara acıyaraq akademik yazırdı: “İnsanlar başa düşməlidir ki, bizə “dərisi soyulmuş”, meşəsi, quşu məhv olmuş, dava-dərmandan gömgöy göyərmiş “ölü” torpaq deyil, bayram AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN AQRONOMLUQ FAKÜLTƏSİNDƏ “TƏBİƏTİ SEVƏNLƏR UNUDULMUR” ADLI SEMİNAR KEÇİRİLİBlibaslı, bahar nəfəsli, quş nəğməli, bağlı-bağatlı, hər qarışı bərəkətli torpaq lazımdır. Torpaq bizim ilk və son beşiyimizdir. İndi torpaq insanların günahı ucbatından ölü varlığa çevrilir. Torpağın özü-özünə yük olur. Torpağı simasızlaşdırmaq cinayətdir, təmiz çölləri qorumaq, münbitləşdirmək lazımdır. Torpağı vicdanla, məsuliyyətlə, nizam-intizamla becərsən, o, bizdən heç nəyini əsirgəməz. Həqiqi sahibi olmayan torpaq yetimdir.  Hər şey torpağın üstündə bitir. Bu mənada insan üçün torpaqdan kənar təbiət anlayışı yoxdur”.

Çıxışlarda isə Həsən Əliyevin cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verməsindən danışılıb, bildirilib ki, akademikin "Həyəcan təbili" əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır.