KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ “YOL XƏRİTƏSİ”NDƏKİ TƏDBİRLƏRİN İCRASINA MƏSUL ŞƏXSLƏRƏ TƏQDİMAT KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ “YOL XƏRİTƏSİ”NDƏKİ TƏDBİRLƏRİN İCRASINA MƏSUL ŞƏXSLƏRƏ TƏQDİMAT KEÇİRİLİB

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aparatının struktur bölmələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir

Seminarda Nazirliyin məsul əməkdaşlarına Strateji Yol Xəritəsinin icrası üzrə metodiki dəstəyin verilməsi məqsədilə təqdimat keçirilib. Təqdimatda strateji planlaşdırmanın aparılması, Strateji Yol Xəritələri üzrə icra planlarının və icranın monitorinqi üçün qiymətləndirmə meyarlarının hazırlanmasına dair metodiki əsaslar və praktiki nümunələr təqdim edilib.

Seminar çərçivəsində mövcud metodikalar əsasında müvafiq fəaliyyət planlarının effektiv şəkildə icrası ilə bağlı müzakirələr aparılıb.