BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİNİN “SƏYYAR XİDMƏT” QRUPU LƏNKƏRAN RAYONUNDA ƏHALİYƏ XİDMƏT GÖSTƏRİB

Böyütmək | Kiçiltmək

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİNİN “SƏYYAR XİDMƏT” QRUPU LƏNKƏRAN RAYONUNDA ƏHALİYƏ XİDMƏT GÖSTƏRİB11 mart 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Lənkəran rayonunda davam etdirmişdir.

Kampaniya respublikanın bu bölgəsinin 6 rayonunu (Beyləqan, İmişli, Saatlı, Xocavənd, Füzuli) əhatə etmişdir.

Səyyar Qrup tərəfindən etibarlılıq müddəti bitmiş və ya yararsız vəziyyətdə olan - 180 nəfərin sürücülük vəsiqələri dəyişdirilmiş və 1 nəfər imtahan verərək yeni sürücülük vəsiqəsi almışdır.

Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın digər böyük kənd təsərrüfatları rayonlarında müntəzəm olaraq davam etdiriləcəkdir.