AQRAR SAHƏNİN “GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR” ŞURASI BİLƏSUVAR RAYONUNUN ORTA MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİB

Böyütmək | Kiçiltmək

AQRAR SAHƏNİN “GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR” ŞURASI BİLƏSUVAR RAYONUNUN ORTA MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİB
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin “Gənc Alim və Mütəxəssislər” Şurası tərəfindən Biləsuvar rayonunun 4 tam orta məktəbində “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda 6-11-ci sinif şagirdləri ilə görüşlər keçirilib. 

Görüşlərdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq, Əkinçilik, Kənd Təsərrüfatının  İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin və Respublika Baytarlıq Laboratoriyasının əməkdaşları  iştirak ediblər.

AQRAR SAHƏNİN “GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR” ŞURASI BİLƏSUVAR RAYONUNUN ORTA MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİBTədbir iştirakçıları Azərbaycanın kənd təsərrüfatı, mövcud iqtisadi vəziyyət və aqrar sahənin ölkə iqtisadıyyatının inkişafındakı payı haqqında danışmış, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin yaranma tarixi, əhəmiyyəti və kənd təsərrüfatı adət-ənənələrini tərənnüm edən ekspanatlar haqqında şagirdlərə ətraflı məlumat veriblər.

Həmçinin Azərbaycan Dövlət Aqrar Universitetində yaradılan şərait, müasir laboratoriyalar, tədris prosesi, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, gənc mütəxəssislərin fəaliyyəti barədə geniş məlumat verilərək video çarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Çıxış edən şagirdlər aqrar sahəyə maraq göstərdiklərini qeyd  edərək belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini bildirib və müxtəlif təkliflər səsləndiriblər. Məktəblərdə şagirdlərdən ibarət “Aqrarçı qrup”lar yaradılıb və şagirdlər arasından qrup rəhbəri seçilib.

AQRAR SAHƏNİN “GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR” ŞURASI BİLƏSUVAR RAYONUNUN ORTA MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİBSonda şagirdlərə “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim”, “Şagirdlərin düşüncəsində  aqrar sahənin inkişaf yolları” mövzularında inşa müsabiqəsinin başlandığı elan olunub. Şagirdlər öz inşalarını məktəb rəhbərliyi vasitəsilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edəcəklər. İnşa yazılarının qalibləri (1, 2 və 3-cü yerlər) sonda müəyyən olunacaqdır.

Tədbir iştirakçıları növbəti gün “Azərsun Holdinq”in Biləsuvar rayonu ərazisində yerləşən “Natural Green Land” kənd təsərrüfatı müəssisəsinin fəaliyyəti, konserv zavodunda emal prosesi və müxtəlik kənd təsrrüfatı məhsullarının əkin sahələri ilə tanış olublar.