MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Böyütmək | Kiçiltmək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olmasına baxmayaraq bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.