BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİB

Böyütmək | Kiçiltmək

BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİB
BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİB
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdi- rilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq, həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 221 milyon manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Yaşıl marketlərin ənənəvi bazarlardan bir çox fərqli və üstün cəhətləri vardır. Belə ki, yaşıl marketlərin tərkibində - fermer mağazaları, pərakəndə və topdan satış üçün nəzərdə tutulan qapalı və açıq tipli ticarət zonaları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbarlar, çeşidləmə və qablaşdırma sahəsi, müştərilərin istiharət zonası, laboratoriya, avtodayanacaq və s. infrastruktur obyektləri fəaliyyət göstərir.

BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİBBAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİBFermerlər tərəfindən istehsal olunan məhsulların vasitəçilərsiz bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha ucuz qiymətlərlə təklif olunması, ilin bütün fəsillərində istehlakçıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi də yaşıl marketlərin üstün cəhətlərindəndir. Bütün bunlar isə istehlakçıların fasiləsiz olaraq əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir.

Dövlətin güzəştli maliyyə dəstəyi ilə yaradılmış belə ixtisaslaşdırılmış yaşıl marketlərdən biri də martın 19-da Bakının Nəsimi rayonunda istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, İqtisadiyyat naziri Şahin Mustafayev və Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov İxtisaslaşdırılmış Yaşıl Market Kompleksində olaraq satılan məhsulların qiymətləri, keyfiyyətləri ilə maraqlanıblar, satıcı və istehlakçıların fikirlərini dinləyiblər.

BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİB
BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİBAçılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkanın açılışının böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, məqsəd istehsalçıların bazara birbaşa çıxışının təmin olunmasından ibarətdir. Yarmarkada yerlər fermerlerə heç bir ödəniş olmadan verilir. Bu isə fermerlərə öz məhsullarını əhaliyə daha ucuz qiymətə çatdırmağa imkan verir. Vətəndaşlar isə keyfiyyətli məhsulları birbaşa istehsalçıdan almaq imkanı qazanırlar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan belə yarmarkalar fermerlər tərəfindən də müsbət qarşılanır.

Heydər Əsədov diqqətə çatdırıb ki, yarmarka İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Belə yarmarkalar səmərəli olacağı təqdirdə Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə onların genişləndirilməsi və digər ərazilərdə də açılması nəzərdə tutulur.

Kompleksdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə istehsal etdikləri meyvə və tərəvəzlərin, ət və balıq məhsullarının satışının təşkili üçün əlverişli şərait yaradılıb. Kompleksdə eyni zamanda 300-dək fermer öz məhsullarının satışını həyata keçirə bilər. Bunun üçün kompleksdə meyvə-BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİB
BAKIDA İXTISASLAŞDIRILMIŞ YAŞIL MARKET KOMPLEKSİ – AQROMALL İSTİFADƏYƏ VERİLİBtərəvəz məhsulları üçün qapalı və açıq bazarlar, 20 fermer mağazası, ət və balıq məhsulları üçün qapalı bazar, soyuducu anbar, 2 mərtəbəli market və avtodayanacaq yerləşir. Yaşıl marketdə 300-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Üç kameradan ibarət olan min tonluq soyuducu anbar Avropanın inkişaf etmiş şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Kameralarda temperaturun -40o-dən +5o-dək tənzimlənməsi mümkündür. Soyuducu kameraların kənd təsərrüfatı və qida məhsullarının saxlanılması məqsədilə sahibkarlara icarəyə verilməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş soyuducu anbarda qida məhsullarının keyfiyyətli və uzunmüddətli saxlanılması mümkündür.

Kompleksdə eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq və fitosanitar laboratoriyalar yaradılmış, səyyar avtolaboratoriyalar cəlb olunub.

Kompleksdə hər mərtəbəsində ərazisi 600 m2 olan 2 mərtəbəli ərzaq və qeyri-ərzaq məhsullarının satışı üçün müasir market fəaliyyət göstərir.

İstehlakçıların rahatlığının təmin edilməsi və nəqliyyatın intensivliyinə maneə yaradılmaması üçün kompleksin qarşısında eyni zamanda 50-dək avtomobilin dayanması üçün avtodayanacaq yaradılıb.