NAZİR MÜAVİNİ İLHAM QULİYEV GÜRCÜSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ İLHAM QULİYEV GÜRCÜSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜBMart ayının 30-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstan Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nazir müavini İlham Quliyev qonağı səmimi salamlayaraq kənd təsərrüfatı sahəsində hər iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial imkanların olduğunu vurğulayıb.

Görüşdə nazir müavini İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə aqrolizinq xətti ilə  kənd təsərrüfatı texnikalarına güzəştlərin ayrılması, pambıqçılıq, tütünçülük və heyvandarlıq sahələrinə subsidiyaların verilməsi barədə danışmış, həmçinin fındıqçılıq, baramaçılıq və çayçılığın inkişafı barədə geniş məlumat verərək məhz bu sahələr üzrə Gürcüstanla əməkdaşlığa önəm verildiyini qeyd edib.

Nazir müavini İlham Quliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Gürcüstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq və fitosanitar sahələrində müvafiq müqavilələrin imzalanmasını məqsədəuyğun hesab edib.

Nazir müavini İlham Quliyev Gürcüstan iş adamlarını may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Səfir Teymuraz Şaraşenidze səmimi qəbula görə təşəkkürünü bildirirərək Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.