SÜNİ MAYALANMA YOLU İLƏ ALINMIŞ HƏR BAŞ BUZOVA GÖRƏ HEYVAN SAHİBLƏRİNƏ DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTİ HESABINA SUBSİDİYA VERİLİR

Böyütmək | Kiçiltmək

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nomrəli qərarı ilə "Süni mayalanma yolu ilə alınmış hər buzova gorə subsidiyanın verilməsi Qaydası" təsdiq edilmişdir. Həmin qayda ilə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün  süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları müəyyən edilir. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılmışdır. Belə ki, 2016-cı ildə 7449 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 8529 baş buzova ümumilikdə 852900 manat, 2017-ci ilin yanvar ayında isə 3729 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat olmaqla 4407 baş buzova ümumilikdə 440700 manat subsidiya verilib. Növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir.     

İctimai nəzarəti gücləndirmək və şəffaflığı təmin etmək məqsədilə hər bir ay üzrə subsidiya verilmiş heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı, o cümlədən süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasının protokolu Nazirliyin rəsmi internet saytının ( www.agro.gov.az ) “Subsidiyalar” bölümündə yerləşdirilib.