TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN HAZIRLANMASINA DƏSTƏK VƏ TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ PİLOT LAYİHƏNİN BİRİNCİ TƏLİM SEMİNARI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN HAZIRLANMASINA DƏSTƏK VƏ TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ PİLOT LAYİHƏNİN BİRİNCİ TƏLİM SEMİNARI KEÇİRİLİB
FAO-nun dəstəyi ilə həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanmasına dəstək və torpaqların konsolidasiyası üzrə pilot layihə”nin birinci təlim seminarı aprel ayının 5-də Bakı şəhərində keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər.

Seminarda açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri İlham Bayramov bu layihənin icrasına ötən ilin sonunda başlandığını, torpaqların konsolidasiyası üzrə pilot region kimi Salyan rayonun Şorsulu kəndinin seçildiyini və burada fermerlərlə müvafiq görüşün keçirildiyini bildirib. İlham Bayramov bu layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, layihənin əsas töhfələrindən biri torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanmasıdır və bu istiqamətdə bütün aidiyyəti qurumların əməkdaşlığı vacibdir.

TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN HAZIRLANMASINA DƏSTƏK VƏ TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ PİLOT LAYİHƏNİN BİRİNCİ TƏLİM SEMİNARI KEÇİRİLİBDaha sonra çıxış edən FAO-nun Azərbaycandakı Əlaqələndirmə və Tərəfdaşlıq Ofisinin rəhbəri Mələk Çakmak FAO Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edərək, bu layihə çərçivəsində də əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib. Belə ki, torpaqların konsolidasiyası üzrə FAO-nun geniş təcrübəsinin olduğunu vurğulayan Mələk Çakmak layihənin işinə cəlb edilmiş yerli və beynəlxalq ekspertlərin bu sahədə səylərini diqqətə çatdırıb.

FAO-nun Torpaq Mülkiyyati üzra Əməkdaşı Morten Hartvigsen “Milli Torpaq Konsolidasiyası Strategiyasının və Torpaqların konsolidasiyası pilot layihəsinin hazırlanmasına dəstək”, FAO-nun Torpaq Mülkiyyəti va Kənd Yerlərinin inkişafı üzrə məsləhətçisi Maxim Morgan “CİS proqram təminatından istifadə etməklə torpaqların konsolidasiyası layihəsi üçün rəqəmsal xəritələrin hazırlanması”, FAO-nun Torpaq inzibatçılığı üzrə Beynəlxalq Məsləhətçisi David Egiaşvili isə “Torpaqların konsolidasiyası prosesinin ayrılmaz tərkib hissəsi kimi torpaqların qeydiyyatı problemlərinin həlli və torpaq administrasiyasının rolu” mövzusunda təqdimatla çıxış ediblər.

Sonda layihə ilə bağlı geniş fikir mübadiləsi aparılıb.