ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB

Böyütmək | Kiçiltmək

ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB

ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUBAprel ayının 6-sı Şirvan şəhərində, “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının sərgi-təqdimatı olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov sərgi-təqdimatda iştirak edib. Nazir və iştirakçılar əvvəlcə müxtəlif növ kənd təsərrüfatı texnikaları ilə, o cümlədən pambıqçılıq üzrə Türkiyənin “Cansa Tarim” şirkətindən alınan, “Azərbaycan Malı” brendi ilə “Aqrolizinq” ASC-nin müqaviləsi əsasında “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin istehsalı olan yeni texnika, Azərbaycanın aqrar mühəndislik elminin nailiyyətlərinin istehsalata tətbiqi istiqamətində “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə MM-nin Aqromexanika Elmi-Tədqiqat İnstitutunun layihəsi və “Aqrolizinq” ASC-nin sifarişi əsasında istehsal edilən mini texnika ilə tanış olub. Habelə pambıq istehsalçılarına, müəssisə və təşkilatlara lizinqə verilən “Gəncə Avtomobil zavodu” İB-nin istehsal etdiyi pambığın cərgə arasını becərən “Belarus 80X” traktorunun da təqdimatı olub.

Tədbirdə çıxış edən nazir Heydər Əsədov aqrar sektora göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUBVurğulayıb ki, təkcə bu il ölkəyə 6 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətiriləcək. Artıq bu texnikanın 5 faizi respublikadadır. Qalan texnikanın da ardıcıl olaraq gətirilməsi davam edir. Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb.

Qeyd edilib ki, ümumiyyətlə, son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. 2005-ci ildən 2017-ci ilin ötən müddəti ərzində “Aqrolizinq” ASC tərəfindən 29 min 123 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 1869 ədəd taxılyığan kombayn, 94 pambıqyığan maşın, 8 min 751 ədəd traktor və 18 min 409 ədəd digər kənd təsərrüfatı texnikası alınıb.

Bu il 1088 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən pambıqçılıqda istifadə edilən 115 ədəd cərgəarası becərmə traktoru, pambığın və şəkər çuğundurunun becərilməsində istifadə olunan 8 adda 973 ədəd müxtəlif təyinatlı texnika gətirilib və kənd təsərrüfatı məhsulu istehsalçılarına lizinqə verilib.

Nazir Heydər Əsədov vurğulayıb ki, ən müasir standartlara cavab verən bu texnikalardan təyinatı üzrə səmərəli istifadə olunması məqsədilə ilboyu fəaliyyət göstərəcək təlim kursları təşkil olunacaq.  

Son üç ildə respublikada kənd təsərrüfatı texnikasına artan tələbata uyğun olaraq texnikanın gətirilməsi strateji məqsəd olaraq qarşıya qoyulub. Belə ki, 2014-2017-cı illərdə alınan texnika əvvəlki 9 ildə gətirilən texnikanın ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB66,4 faizi qədərdir. Bu da texnikanın tərkibinin 66,4 faiz yenilənməsi deməkdir. Yenilənmə faizi kombaynlar üzrə 53, traktorlar üzrə 69, digər kənd təsərrüfatı texnikası üzrə 66,7 faiz təşkil edir. Qeyd olunmalıdır ki, son illərdə gətirilən bütün növ texnikalar ABŞ, Türkiyə, Almaniya, Hollandiya, İtaliya və digər ölkələrin istehsalıdır.

“Aqrolizinq” ASC pambıq istehsalı ilə məşğul olan şirkətlərin bu il üçün sifarişləri əsasında texnikaya tələbatı müəyyən edib. Bu tələbata əsasən 5 min 602 ədəd kənd təsərrüfatı texnikasının, o cümlədən 150 ədəd pambıqyığan maşının, 1270 ədəd müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.

İndiyədək respublikaya 704 ədəd texnika, o cümlədən 115 ədəd “Belarus 80X” markalı cərgəarası becərmə traktoru, 156 ədəd pnevmatik tipli çiyidsəpən və 168 ədəd mexaniki tipli çiyidsəpən, 145 ədəd kotan, 24 ədəd pambıq daşınması üçün traktor qoşqusu və 96 ədəd kanal açan gətirilib. Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır.

Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib.

Sonda nazir Heydər Əsədov mətbuat nümayəndələrinə müsahibə verib.