AVROPA KOMİSSİYASININ TAIEX PROQRAMI ÇƏRÇİVƏSİNDƏ  LİTVA RESPUBLİKASINDA DAMAZLIQ HEYVANDARLIĞIN İNKİŞAFI ÜZRƏ TƏCRÜBƏ MÜBADİLƏSİ KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

AVROPA KOMİSSİYASININ TAIEX PROQRAMI ÇƏRÇİVƏSİNDƏ  LİTVA RESPUBLİKASINDA DAMAZLIQ HEYVANDARLIĞIN İNKİŞAFI ÜZRƏ TƏCRÜBƏ MÜBADİLƏSİ KEÇİRİLMİŞDİR
Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində 2017-ci il 2-6 aprel tarixlərində “Damazlıq heyvanlara nəzarət və damazlıq heyvandarlığın inkişafı” mövzusunda təcrübə mübadiləsinin aparılması üçün Litva Respublikasına səfər həyata keçırilmişdir.

Tədbirin proqramına uyğun olaraq Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Damazlıq işi üzrə dövlət nəzarəti xidmətində respublikamızda damazlıq heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilmiş və Litva Respublikasının təcrübəsi ilə müqayisəli təhlil aparılmışdır.

Litvanın “Kənd Təsərrüfatı üzrə İnformasiyası və Kənd Biznesi Mərkəzi” və “Dövlət Ödəniş Agentliyi”ndə müxtəlif sahələr üzrə informasiya və statistik məlumatların toplanması və emalı, subsidiya ödənişi mexanizmlərinin idarə edilməsi sahəsində zəruri məlumatlar əldə edilmiş, habelə heyvanların yetişdirilməsi və AVROPA KOMİSSİYASININ TAIEX PROQRAMI ÇƏRÇİVƏSİNDƏ  LİTVA RESPUBLİKASINDA DAMAZLIQ HEYVANDARLIĞIN İNKİŞAFI ÜZRƏ TƏCRÜBƏ MÜBADİLƏSİ KEÇİRİLMİŞDİRonların damazlıq keyfiyyətlərinin təyin edilməsi, cins tərkibi üzrə genetik xəttin qorunması, informasiya və məsləhət xidmətinin təşkili sahəsində müzakirələr zamanı aktual yeniliklər təqdim edilmişdir.

Avropa Birliyinin qida təhlükəsizliyi sisteminin bir hissəsi olmaqla damazlıq heyvandarlıqda da geniş istifadə edilən südün müxtəlif parametrlərinin tədqiq edilməsi üzrə laboratoriya şəraiti ilə tanışlıq həyata keçirildi. Təqdim olunan təcrübə ölkəmiz üçün də əhəmiyyətli ola bilər.

 Qarşıda qoyulan məsələlərin həlli üçün səfər zamanı heyvandarlıqla əlaqəli bir çox müəssisələrin fəaliyyəti, onların Litva Respublikasının kənd təsərrüfatı sahəsinin bir strukturu kimi bu sahədə rolu araşdırılmış və müvafiq təqdimatlar və maraqlı görüşlər keçirilmışdir. Ailə-kəndli təsərrüfatlarının fəaliyyəti ilə tanış olmaq məqsədi ilə 10 baş iribuynuzlu  heyvan və 50 hektar torpaq sahəsinə malik fermer təsərrüfatına baxış keçirilmiş, südün istehsalı, tədarükü, baytarlıq xidməti və digər sahələrlə tanışlıq həyata keçirilmişdir.

Tədbirdə  Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev və həmin şöbənin Yem istehsalının təşkili sektorunu müdiri Tərlan Əskərov iştirak etmişlər.

 Təlim zamanı əldə edilən bilgilərin ölkəmizdə heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə bu  sahəyə tətbiq olunması imkanları nəzərdən keçiriləcəkdir.