APREL AYININ 12-DƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ 4-CÜ DONOR ƏLAQƏLƏNDİRMƏ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Böyütmək | Kiçiltmək

Aprel ayının 12-də kənd təsərrüfati nazirliyində 4-cü donor əlaqələndirmə görüşü keçiriləcək. 

Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetiriləcək, donor təşkilatlarla birgə həyata keçirilən və gələcəkdə keçiriləcək layihələrin bu hədəf və məqsədlərə nail olunması istiqamətində icrası üçün lazım olan addımlar müzakirə ediləcək.

Donor Əlaqələndirmə Görüşü Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunur.

4-cü Donor Əlaqələndirmə Görüşündə Azərbaycan Hökuməti ilə birgə kənd təsərrüfatı layihələri icra edən 20-dək beynəlxalq təşkilat və inkişaf agentliklərinin, o cümlədən, Dünya Bankının, İslam İnkişaf Bankının, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.