FERMERLƏRƏ YÜKSƏK KEYFİYYƏTLİ PAMBIQ TOXUMU VERİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək

FERMERLƏRƏ YÜKSƏK KEYFİYYƏTLİ PAMBIQ TOXUMU VERİLƏCƏKDİRÖlkə Prezidentinin tapşırığına əsasən cari ildə respublikada pambıq əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulmuş, bununla bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyulmuşdur.

İstehsalçıların yerli şəraitə uyğun, tezyetişən və ortatezyetişən, məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarına olan tələbatlarının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyə Respublikasının toxumçuluq üzrə qabaqcıl “ProGen” şirkətindən və Almaniyanın “Bayer” şirkətindən lifsiz pambıq toxumu alınması barədə müqavilə bağlanılmışdır. Həmin toxumların bir hissəsi mərhələli olaraq respublikaya gətirilərək istehsalçılara verilmiş, digər hissəsi isə 21 aprel tarixində gətirilmişdir. Hazırda “Aqrolizinq” ASC-nin Şirvan regional bazasının anbarında  kifayət qədər toxum ehtiyatı vardır. Qeyd edilən toxumlardan əldə etmək üçün pambıq istehsalı ilə məşğul olan fermer və sahibkarlar Rayon Kənd Təsərrüfatı İdarələrinə, eyni zamanda “Aqrolizinq” ASC-nin Şirvan regional nümayəndəliyinə müraciət edə bilərlər.