TAXIL BİÇİNİNİN VƏZİYYƏTİ BARƏDƏ OPERATİV MƏLUMAT

Böyütmək | Kiçiltmək

 

TAXIL BİÇİNİNİN VƏZİYYƏTİ BARƏDƏ OPERATİV MƏLUMATRespublika üzrə ümumilikdə biçiləcək 954736 hektar taxıl sahəsinin 626281 hektarını buğda, 328455 hektarıını isə arpa sahələri təşkil edir.  

İyul ayının 6-sı 2017-ci il tarixinə Kənd Təsərrüfatı Nazirliyinin Rayon  İdarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən artıq həmin sahələrin 600055.1 hektarı (62,9%) biçilib. Bunun da 326846.1 hektarı (52,2%) buğda, 273209.0 hektarı (83,2%) isə arpa sahələridir.

Ümumilikdə 1627225.6 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946315,5 tonu buğda, 680910,1 tonu isə arpa məhsuludur.

Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.