AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏSİ MACARISTANDA “ƏN YAXŞI ERASMUS TƏLƏBƏSİ” ADINA LAYİQ GÖRÜLÜB

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN TƏLƏBƏSİ MACARISTANDA “ƏN YAXŞI ERASMUS TƏLƏBƏSİ” ADINA LAYİQ GÖRÜLÜBSon illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi ilə əlaqədar mübadilə proqramlarında iştirak edən tələbələrin sayı xeyli artıb. Universitetin qoşulduğu beynəlxalq mübadilə proqramlarından biri də Erasmus+ proqramıdır. Bu proqram çərçivəsində universitet tələbələri Avropanın bir sıra, o cümlədən Macarıstanın ali təhsil müəssisələrində uğurla təhsil alır. Bu yaxınlarda universitetin “İqtisadiyyat” ixtisası üzrə  III kurs tələbəsi Leyla Aydınova Macarıstanın Dunayvaroş Universitetində Erasmus+Proqramı çərçivəsində təhsilini uğurla başa vurub. L.Aydınova adıçəkilən universitetin tələbələri arasında “İqtisadiyyat” üzrə keçirilən istedad yarışında birinci yeri tutaraq “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb.