BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI

Böyütmək | Kiçiltmək

 

BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDIAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamının icrasına uyğun olaraq barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiya verilir. Bununla əlaqədar olaraq 19 iyul 2017-ci il tarixində Respublika Komissiyasının iclası keçirilmişdir.

Komissiyanın iclasında  barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 9 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılmış və 488 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 47944,51 kq yaş baramanın hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 239722,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilmişdir.

Digər rayonlardan sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə Komissiyanın iclasında  qısa müddətdə baxılacaqdır.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilmişdir.