BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ PROSESİNDƏ MÜASİR TİPLİ ÖLÇÜ CİHAZLARININ İSTİFADƏSİNƏ BAŞLADI

Böyütmək | Kiçiltmək

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ PROSESİNDƏ MÜASİR TİPLİ ÖLÇÜ CİHAZLARININ İSTİFADƏSİNƏ BAŞLADIBAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ PROSESİNDƏ MÜASİR TİPLİ ÖLÇÜ CİHAZLARININ İSTİFADƏSİNƏ BAŞLADI
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin “Səyyar Xidmət” Qrupu ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq 24 iyul 2017-ci il tarixdə “Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirmişdir.

Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilmişdir.

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ PROSESİNDƏ MÜASİR TİPLİ ÖLÇÜ CİHAZLARININ İSTİFADƏSİNƏ BAŞLADI
BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ TEXNİKİ BAXIŞIN KEÇİRİLMƏSİ PROSESİNDƏ MÜASİR TİPLİ ÖLÇÜ CİHAZLARININ İSTİFADƏSİNƏ BAŞLADITexniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılmış və nəticədə həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilmişdir. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılmışdır.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilmişdir.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” qurupu tərəfindən bu tədbirlər mütəmadi olaraq respublikanın digər rayonlarında da davam etdiriləcəkdir.