HEYVANDARLIĞIN İNKİŞAFINA DAİR ZONA MÜŞAVİRƏLƏRİ  KEÇİRiLƏCƏK

Böyütmək | Kiçiltmək

 

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin iyul ayının 26-da Oğuz  rayonunda (Oğuz, Şəki, Qəbələ rayonları üzrə), 27-də Zaqatala rayonunda (Zaqatala, Balakən, Qax rayonları üzrə), 28-də isə Sabirabad rayonunda (Sabirabad, Saatlı, Hacıqabul, Cəbrayıl rayonları və Şirvan şəhəri üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə heyvandarlığın inkişafına dair zona müşavirələri  keçiriləcəkdir.

Zona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq elmi-tədqiqat institutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr təqdim olunacaq, o cümlədən yerlərdə heyvanların süni mayalanması işinin daha da səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcəkdir.

Müşavirələrin sonunda Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKDİS) Heyvandarlıq və subsidiyanın ödənilməsi bölməsinə dair mütəxəssislərin hazırlanması üzrə təlimlər keçiriləcəkdir.