HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏSI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏSI KEÇİRİLİB
2017-ci ilin iyul ayının 26-da Oğuz rayonunda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə  zona baytarlıq laboratori- yalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir.   

Müşavirədə Şəki, Oğuz və Qəbələ rayonlarından  heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq  mütəxəssisləri, arıçılar və fermerlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏSI KEÇİRİLİBZona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadənin təşkili barədə ətraflı məlumat vermişdir.

Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və  çıxışlar olmuşdur.

Zona müşavirəsində fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.  Müşavirənin sonunda Oğuz rayonunun Kərimli kəndində heyvanların saxlanılması və yem istehsalı üzrə qabaqcıl təcrübənin nümayişi təşkil edilmişdir.  

Zona muşavirəsi ilə bərabər Şəki, Oğuz və Qəbələ rayon kənd təsərrüfatı idarələrinin informaiya texnologiyaları və heyvandarlıq sektorunun mütəxəssisləri üçün elektron kənd təsərrüfatı informasiya sisteminin heyvandarlıqğa dair hissəsinin idarə edilməsi mövzusunda təlim keçirilmişdir.