BRUSELLYOZA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ TƏLƏBƏLƏR DƏ QOŞULUB

Böyütmək | Kiçiltmək

BRUSELLYOZA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ TƏLƏBƏLƏR DƏ QOŞULUB

Kənd Təsərrüfatı Nazirliyinin iribuynuzlu heyvanlar arasında brusellyoza qarşı başladığı peyvəndləmə kampaniyasına Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri qoşulub.

ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin 16 nəfər tələbəsi Quba, Qusar, Bərdə və Şəmkir rayonlarında peyvəndləmə kampaniyasında iştirak ediblər.

BRUSELLYOZA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ TƏLƏBƏLƏR DƏ QOŞULUBTələbələrin səfəri Nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunub. Səfər müddətində tələbələr nəzəri biliklərini təcrübədə tətbiq etməyi öyrənməklə yanaşı, peyvəndlənmə zamanı ölkəmizdə səfərdə olan və brusellyoz xəstəliyinə qarşı bu yeni mübarizə proqramının tərtibatçısı, layihənin beynəlxalq məsləhətçisi tanınmış epidemioloq Ronald Ceksonla Qusar rayonunda görüşüb, onun tövsiyələrini dinləmək imkanı qazanıblar.