NAZİR HEYDƏR ƏSƏDOV BMT İNKİŞAF PROQRAMININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ QULAM İSAQ ZAİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV BMT İNKİŞAF PROQRAMININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ QULAM İSAQ ZAİ İLƏ GÖRÜŞÜBBu gün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov BMT İnkişaf Proqramının Azərbaycan Respublika- sındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Görüşdə məqsəd BMT İnkişaf Proqramı, Qlobal Ətraf Mühit fondu və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirəcəkləri “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinə hazırlıq məsələlərinin müzakirə olub. 

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən institusional islahatlar, aqrar sahədə əldə olunan nailiyyətlər və həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib.

Görüşdə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsin komponentləri üzrə müzakirələr aparılıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Qulam İsakzai ölkəmizdə baş verən yenilikləri maraqla izlədiyini qeyd edib. Azərbaycanın yüksək kənd təsərrüfatı potensialı olduğuna bildirərək bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.