“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR

Böyütmək | Kiçiltmək

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR
“Aqrar sahədə idarəetmənin təkmilləş- dirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə üç il müddətində mərhələlərlə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Nazirliyin strukturlarında və tabeliyindəki digər qurumlarda EKTİS-in tətbiqinə başlanılmışdır.  

Avropa İttifaqının (Aİ) texniki yardımı ilə “E-kənd təsərrüfatına dəstək” layihəsi çərçivəsində Nazirliyin və digər aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla “Elektron kənd təsərrüfatı” informasiya sistemi”nin strategiya sənədi, “İnteqrasiya olunmuş nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan “Subsidiya və siyasətə dair informasiya sistemi”, aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan informasiya və kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və spesifikasiyalara dair sənədlər toplusu hazırlanmışdır. 

EKTİS-nin “Proqram təminatlarının yaradılması, tətbiqi və lisenziyalaşdırma (standart proqram təminatı lisenziyalarının təmin edilməsi)”, “İKT infrastrukturunun (Mərkəzi məlumat bazası, serverlər və kompüter avadanlıqları, şəbəkə və rabitə sistemləri) yaradılması və inkişaf etdirilməsi”, “Ölkənin müvafiq ərazilərinin yeni ortofoto xəritələrinin yaradılması və istifadəsi (baza məkan məlumatları)”, “Torpaq sahələrinin, bitki örtüyünün və kənd təsərrüfatı resurslarının vahid coğrafi məlumatlar bazasının yaradılması” komponentləri üzrə layihələrin icrası başa çatdırılmış, “E-kənd təsərrüfatına dəstək” layihəsi çərçivəsində məsləhətçi xidmətlərin fəaliyyəti təmin edilmişdir.

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR“EKTİS” layihəsi çərçivəsində Nazirliyin aparatı, strukturuna daxil olan və tabeliyindəki qurumlar İT avadanlıqları ilə təchiz edilmiş, informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu və korporativ şəbəkə sistemi qurulmuş, yeni ortofoto planlar, torpaqlar coğrafi məlumatlar bazası yaradılmış, EKTİS-in digər informasiya sistemləri ilə yanaşı “Subsidiya və siyasətə dair informasiya sisteminin” (SSİS) əsas modulları hazırlanmış, bir sıra dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilmiş və sistemin tətbiqi üzrə Quba və Xaçmaz rayonlarında pilot layihələr həyata keçirilmişdir.

Layihə çərçivəsində Nazirliyin Aparatının və onun strukturlarıına daxil olan yerli qurumların əməkdaşlarına EKTİS-in “Subsidiya və siyasətə dair informasiya sisteminin”nin tətbiqi prosedurları üzrə beynəlxalq ekspretlər tərəfindən 29 mövzu üzrə təlimlər təşkil edilmişdir. Bununla yanaşı Sistemin tətbiqi üzrə zəruri təlimatlar və prosedur qaydalar hazırlanmış, informasiya sistemindən istifadə sahəsində istifadəçilərin bacarıqlarının artırılması üçün Nazirliyin Aparatının mütəxəssisləri tərəfindən rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinin əməkdaşlarına Bakıda və yerlərdə təlimlər keçirilmişdir.

Hal-hazırda “EKTİS” layihəsi çərçivəsində informasiya sistemlərindən istifadənin effektivliyinin artırılması, Sistemin təkmilləşdirilməsi, SSİS üzrə elektron portalın, elektron xidmətlərin, həmçinin “asan ərizə modulu”nun yaradılması və “Elektron hökümət” portalına inteqrasiya edilməsi istiqamətində işlər davam etdirilir.

EKTİS-nın yaradılmasında əsas məqsədlərdən biri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların, o cümlədən barama istehsalına, pambıq, tütün və şəkər çuğundurunun becərilməsinə görə subsidiyaların verilməsi, habelə mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satışı sahəsində şəffaflığın daha da artırılması, bütövlükdə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, habelə məhsul istehsalçıları (fermerlər) və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılmasından ibarətdir.

"Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması ilə bağlı 3 il müddətində yerinə yetirilməsi nəzərdə tutulmuş işlərin yekunlaşma mərhələsində olduğu və sistemin tətbiqinə dair prosedurların başlanıldığı barədə Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə “ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR"Elektron kənd təsərrüfatı" informasiya sisteminin tərkib hissəsi olan “Subsidiya və siyasətə dair informasiya sistemi” (SSİS) üzrə məlumat bazasının formalaşdırılması, tətbiqinin sürətləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı Tədbirlər planı” təsdiq edilmişdir. Bu əmrlə təsdiq edilmiş Tədbirlər planının icrası, həmçinin ayrı-ayrı subsidiya növləri üzrə prosedurların SSİS vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi, EKTİS-nin idarə edilməsində yeni metodların tətbiqi və bu sahədə həyata keçirilən tədbirlərin koordinasiyasının gücləndirilməsi və işlərin təşkilinə zəruri dəstəyin göstərilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə işçi qrupları yaradılmışdır.

İşçi qrupları sistemin məlumat bazasının formalaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çətlik əkininə, habelə barama istehsalına, pambıq, tütün və şəkər çuğunduru bitkilərinin becərilməsinə, mineral gübrələrin, biohumusun və pestividlərin güzəştli satılması, habelə toxumların və tinglərin satışına görə, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsini hazırlanmış informasiya sistemlərindən istifadə etməklə təsdiq olunmuş qrafikə uyğun təşkil etməlidirlər.

İşçi qruplarının əsas vəzifələrindən biri də SSİS-də standart formalar və təhlillərin nəticələri üzrə hesabatların hazırlanması və biznes proseslərin və funksional tələblərin konfiqurasiyasının təşkil edilməsi, İnformasiya sistemlərinin dayanıqlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi və bununla bağlı texniki-təşkilati tədbirlərin görülməsini, SSİS-in təkmilləşdirilməsi, istifadəçilərə təlimlərin keçirilməsi və onlara dəstəyin göstərilməsini təmin etməkdən ibarətdir.

Oxşar informasiya sistemləri inkişaf etmiş ölkələrdə bir qayda olaraq tətbiq olunur və Avropa İttifaqına üzv ölkələr üçün isə vacib şərtlərdən biridir. “Elektron kənd təsərrüfatı” sistemi bütövlükdə tətbiq edildikdən sonra Azərbaycanda məhsul istehsalçılarının (fermerlərin) kənd təsərrüfatı resurslarının və kənd təsərrüfatı torpaqları üzrə bütün potensialın elektron formada idarə edilməsi mümkün olacaqdır. Bununla da mövcud torpaqlardan daha səmərəli və mütəşəkkil qaydada istifadə edilməsinin təmin olunmasına imkan yaranacaq.

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN TƏTBİQİ HƏYATA KEÇİRİLİR“Elektron kənd təsərrüfatı” informasiya sistemi institutsional struktur islahatların tərkib hissəsi olduğunu və bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsinin daha asan və şəffaf formada həyata keçiriləcəyini, eyni zamanda subsidiyaların və güzəştlərin daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacaq. Yeni sistem şəffaflığı təmin etməklə yanaşı, ilkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə, kənd təsərrüfatlı təyinatlı torpaqların identifikasıyasını, habelə əkinlərin həcmini, bitki örtüyünə görə təsnifatlaşdırılmasını və məhsuldarlığın müəyyən edilməsi  ilə bağlı operativ məlumatların əldə edilməsinə və adekvat qərarlar qəbul etməyə də imkan yaradacaqdır.

EKTİS-in yaradılması və tətbiqi üzrə Proqram təminatı komponentlərinin yoxlanılmasında və keyfiyyətə nəzarət işlərində, SSİS-in icrası üçün qabaqcıl beynəlxalq təcrübələrə və prinsiplərə əsaslanan metodologiya və təlimatların hazırlanmasında, eləcə də sistemlərdən istifadə, məlumatların toplanması və mübadiləsində iştirak edən mütəxəssislərin bacarıqlarının artırılması və təlimlərin keçirilməsi sahəsində Avropa İttifaqının maliyyə yardımı ilə cəlb olunmuş beynəlxalq məsləhətçilərlə işgüzar əməkdaşlığın daha da gücləndirməsi nəzərdə tutulur.