ZAQATALA VƏ SABİRABAD RAYONLARINDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

ZAQATALA VƏ SABİRABAD RAYONLARINDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLİB
2017-ci ilin iyul ayının 27-də Zaqatala, 28-də isə Sabirabad rayonlarında  damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili, heyvanların süni mayalandı- rılmasında istifadə olunan genetik materialın keyfiyyətinə nəzarətin həyata keçirilməsi, yem bazasının yaradılması imkanlarının genişləndirilməsi və ayrı-ayrı yem bitkiləri haqqında məlimatlılığın artırılması, əhatə bölgələri üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilmişdir.   

Zaqatala rayonunda keçirilmiş müşavirədə Qax, Zaqatala və Balakən rayonlarından, Sabirabad rayonunda keçirilən müşavirədə isə Saatlı, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonları və Şirvan şəhərindən heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma mütəxəssisləri, heyvandarlıq  mütəxəssisləri, arıçılar və fermerlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

ZAQATALA VƏ SABİRABAD RAYONLARINDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ  ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLİBZona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadənin təşkili barədə ətraflı məlumat verdi.

Zona müşavirələrində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və  çıxışlar oldu. Elmi-tədqiqat institutlarının alimləri tərəfindən fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı. 

Zona muşavirələri ilə bərabər hər iki regionda rayon kənd təsərrüfatı idarələrinin informasiya texnologiyaları və heyvandarlıq sektorunun mütəxəssisləri üçün elektron kənd təsərrüfatı informasiya sisteminin heyvandarlığa dair hissəsinin idarə edilməsi mövzusunda təlim keçirildi.