TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN VƏ PİLOT LAYİHƏNİN HAZIRLANMASINA DƏSTƏK LAYİHƏSİNİN İCRASINA BAŞLANILIB

Böyütmək | Kiçiltmək

TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN VƏ PİLOT LAYİHƏNİN HAZIRLANMASINA DƏSTƏK LAYİHƏSİNİN İCRASINA BAŞLANILIBAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 4.1.3-cü bəndinə uyğun olaraq “Torpaqların konsolidasiyası istiqamətində tədbirlərin görülməsi”nin icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi üzrə pilot ərazi kimi seçilmiş Salyan rayonunun Şorsulu kəndində 26 iyul 2017-ci il tarixdə torpaqların konsolidasiyası mövzusunda seminar keçirilib.

TORPAQLARIN KONSOLİDASİYASI ÜZRƏ MİLLİ STRATEGİYANIN VƏ PİLOT LAYİHƏNİN HAZIRLANMASINA DƏSTƏK LAYİHƏSİNİN İCRASINA BAŞLANILIBSeminarda FAO üzrə layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun məsul nümayəndələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri və Şorsulu kənd sakinləri iştirak ediblər.

Müzakirələrdə layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud olan təcrübəsi barədə təqdimatlar etmişlər. Çıxış edən nümayəndələr xüsusi mülkiyyətdə olan torpaq sahələrinin konsolidasiyasının kənd təsərrüfatı sahəsində islahatlarının əsas alətlərindən biri olduğunu qeyd etmiş, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər haqqında iştirakçıları məlumatlandırıblar.

Seminarın sonunda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırmış, onların rəy və təkliflərini dinləyiblər.