ÇİN XALQ RESPUBLİKASI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNİR

Böyütmək | Kiçiltmək

ÇİN XALQ RESPUBLİKASI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNİRAvqustun 14-də Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının “Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.   Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Çin Xalq Respublikası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini qeyd edib.                                     Nazir müavini İlham Quliyev keçən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çin Xalq Respublikasından 6000 qutu barama toxumu və 1,5 milyon ədəd tut tinginin (çəkil) ölkəmizə gətirildiyini qeyd edərək,nazirlik tərəfindən keçirilən tenderlərdə Çin şirkətlərinin iştirakını da məqsədəuyğun hesab edib.Keçən il Çindən alınan barama toxumunun yüksək səviyyədə məhsul verdiyini qonaqların nəzərinə çatdırıb. Qax Damazlıq –İpəkçilik Stansiyasının  tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikilməsi həyata keçiriləcək.Nazir müavini, həmçinin Respublikamızda yuksək orqanik kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu qonaqların nəzərinə çatdıraraq ixracyönümlü məhsullarımızın bu ölkəyə ixrac olunmasında maraqlı olan Çin şirkətlərini ölkəmizə dəvət edib.

   Nazir müavini Çinin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində inkişaf etdiyini nəzərə alaraq bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb və Çin Xalq Respublikası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirilməsinin vacibliyini söyləyib.                                                                                                                      “Dövlətimizin ölkəmizdə aqrar sahəyə böyük dəstəyi var.Fermer və sahibkarlarımız torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır və onlara gübrələr 70 faiz ,kənd təsərrüfatı texnikaları 40 faiz, damazlıq heyvanlara və xaricə ixrac olunan məhsullara da  güzəştlər tətbiq olunur. Fermerlərin əməklərini stimullaşdırmaq üçün subsidiyalar verilir. Azərbaycanda əlverişli investisiya mühiti var.Xarici investorlara hökümətimiz və nazirlik mütəmadi olaraq öz dəstəyini göstərir. Biz Çinin baramaçılıq, pambıqçılıq, çayçılıq sahəsində əldə etdiyi uğurları və böyük təcrübəsini ölkəmizdə də tədbiq etməyi məqsədəuyğun hesab edirik” –deyə nazir müavini qeyd edib.                                    

“Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetaonun Azərbaycanla aqrar sahədə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.