XARİCİ ÖLKƏLƏRİN ƏKİNÇİLİK TEXNALOGİYALARI İLƏ TANIŞLIQ

Böyütmək | Kiçiltmək

XARİCİ ÖLKƏLƏRİN ƏKİNÇİLİK TEXNALOGİYALARI İLƏ TANIŞLIQKənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov avqust  ayının əvvəllərində Argentina Respublikasının Rosario şəhərində  keçirilən  “Aprosid” sıfır becərmə fermerləri birliyinin 25-ci Konqresi və  Konservasiyalı Kənd Təsərrüfatı üzrə 7-ci Ümumdünya Konqresində iştirak edib  . Konqres kənd təsərrüfatı üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların, maşın və avadanlıqlar, gübrə və pestisidləır, eləcədə toxum istehsal edən qabaqcıl şirkətlərin təşkilatçılığı və iştirakı ilə keçirilib. Konqresin açılışında Argentinanın kənd təsərrüfatı naziri, “Aprosid” sıfır becərmə fermerlər birliyinin  rəhbəri, FAO-nun həmin bölgə üzrə koordinatoru  və digərləri çıxış edərək tədbirin əhəmiyyəti, bu sahədə əldə olunmuş uğurlar və qarşıda duran əsas problemlərin həlli yolları barədə iştirakçılara geniş məlumat vermiş və bildirmişlər ki, dünyada ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində ən uğurlu addımlardan biri elmi əsaslarla yeni texnologiyaların əkinçilik sistemində tətbiqi və bu texnologiya altında olan əkin sahələrinin genişləndirilməsidir. Hər bir ekoloji bölgədə tətbiq olunan əkinçilik sistemi konservasiyalı, resursmühafizəedici  və münbitliyin yaxşılaşdırılmasına və artırılmasına yönəlməlidir.            Hal-hazırda dünyada 180 milyon hektar sahədə konservasiyalı, sıfır və minimal  torpaq becərməsi üsulu ilə bitkiçilik məhsulları istehsal edilir.  Argentina, Braziliya, Kanada, Uruqvay, Amerika Birləşmiş Ştatları, Avstraliya, Hindistan, Çin və digər ölkələrin geniş ərazilərində bu texnologiya uğurla tətbiq edilir və yüksək nəticələr əldə olunur.           Konqresdə dünyanın bir çox ölkələrinin bu sahədə çalışan tanınmış alimləri, mütəxəssisləri və qabaqcıl fermerləri maraqlı  təqdimatlarla çıxış etmişlər.   İ.Cümşüdov müzakirələr zamanı Azərbaycanın əkinçilik sistemində yeni texnologiyaların tətbiqi üzrə əldə olunmuş nəticələr barədə konqres iştirakçılarına geniş məlumat vermişdir.          Tədbir çərçivəsində təşkil olunmuş ekspo sərgidə konservasiyalı əkinçilikdə tətbiq olunan yeni texnikalar, avadanlıqlar, pestisidlər, toxumlar və digər məhsullar nümayiş olunmuşdur.          Konqres çərçivəsində tədbir iştirakçılarının bir qismi Rosario şəhərinin yaxınlığında yerləşən fermer təsərrüfatına baxış keçirildi. Təsərrüfatda 30 ilə yaxın müddətdə növbəli əkin sisteminə əməl etməklə şum aparmadan sıfır torpaq becərməsi üsulu ilə soya, buğda, qarğıdalı və örtük bitkisi kimi lərgə becərilir. Bu texnologiyanın tətbiqi nəticəsində soyadan 40-45 s/ha, buğdadan 35-40 s/ha, qarğıdalıdan 9-10 t/ha məhsul istehsal olunmuşdur.   Müasir  təcrübənin respublikamızda tətbiqinin daha da genişləndirilməsi məqsədəuyğun hesab olunur və qeyd edilən istiqamətdə Nazirlik tərəfindən tədbirlər görülməkdədir.