“JOHN DEERE” ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Böyütmək | Kiçiltmək

“JOHN DEERE” ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUBBu gün kənd təsərrüfati naziri Heydər Əsədov “JOHN DEERE” şirkətinin  MDB ölkələri üzrə direktoru cənab Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi  Maximilian Pauge  ilə görüşüb.Görüşdə əsas məqsəd  “JOHN DEERE” şirkəti ilə Kənd Təsərrüfati Nazirliyi arasinda əməkdaşliq istiqamətləri haqqinda müzakirələrin aparilmasi olub.                             Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov  “JOHN DEERE” şirkəti ilə  əməkdaşlığa böyük önəm verdiyini , bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdırıb.

 Görüşdə nazir Heydər Əsədov “JOHN DEERE” şirkətin  ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə təhsil sahəsində işçi qrupunun yaradılmasını ,həmçinin işçi qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin , Təhsil Nazirliyinin, “JOHN DEERE” şirkətinin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd  yeni texnika və texnalogiyalarla tanış olmaq,bu sahədə  maarifləndirmə işlərini aparmaq ,eyni zamanda  tədrisə təlabatın müəyyənləşdirilməsi,  uzumüddətli tədris planının hazırlanması və qısa zamanda  işçi qrupu təsdiq edildikdən sonra  sentyabr ayında plana əsasən ilk toplantısının  keçirilməsidir.

Nazir ,həmçinin “JOHN DEERE” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda ,pambıq yığımı mövsümünün başlanmasına qədər pambığyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir  texnikaların  alınması barədə də fikir mübadiləsi aparıldı.

“JOHN DEERE” şirkətinin  MDB ölkələri üzrə direktoru cənab Dirk Strattman səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığa önəm verdiyini bildirib.Qeyd edib ki, “JOHN DEERE” şirkətinin pambıqyığan  kombaynları  MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycana ən ucuz qiymətə satılır. Cənab Dirk Strattman  Azərbaycan  torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədi ilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırdı.