BAKI ŞƏHƏRİNDƏ QURBAN BAYRAMI İLƏ ƏLAQƏDAR QURBANLIQ HEYVANLARIN SATIŞ YARMARKALARI KEÇİRİLƏCƏK  

Böyütmək | Kiçiltmək

BAKI ŞƏHƏRİNDƏ QURBAN BAYRAMI İLƏ ƏLAQƏDAR QURBANLIQ HEYVANLARIN SATIŞ YARMARKALARI KEÇİRİLƏCƏK  Sentyabr ayının 1-də səhər saat  9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi  İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı  şəhərində  təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaqdır: 

 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi  26 Keşlə bazarının yanı;

 

 Xətai rayonu

- "Nargilə" kafesinin yanı;

 

 Səbail rayonu 

     -Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

 

Yasamal rayonu

- Şərifzadə küçəsi  196  "İdeal" şadlıq sarayının həyəti;