YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR

Böyütmək | Kiçiltmək

YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR
Bu gün Şirvan şəhərində  “Aqrolizinq” ASC-nin təchizat bazasında Respublikada pambıq yığımının başlanması ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub. Təqdi- mat mərasimində pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin və digər şirkət nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, həmçinin fermer, sahibkarlar və mexanizatorlar  iştirak edib.

Təqdimatdan öncə “John Deere” şirkətinin istehsalı olan 140 ədəd pambıqyığan kombaynlara və pambıq yığımında istifadə olunan 400-dən artıq qoşqulara, traktorlara və digər kənd təsərrüfatı texnikalarına baxış keçirildi.

Tədbirdə çıxış edən nazir Heydər Əsədov aqrar sektora göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkşafı ilə əlaqədar prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.Qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr və tapşırıqlar layiqincə  yerinə yetirilir, ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi texniki baza yaradılmış, ən müasir texnika və texnoloji avadanlıqların fermerlər və sahibkarların istifadəsinə verilmişdir.

Nazir Heydər Əsədov prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay,çəltik və sitrus meyvələri  istehsalının inkişafı məsələlərinə dair Respublika  müşavirəsindəki çıxışında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı qısa zamanda sahibkarlarla görüşəcəyini qeyd edərək, onların təklifləri nəzərə alınaraq  Avropanın ən müasir kənd təsərrüfatı texnikaları gətirilərək , istifadələrinə veriləcəyini bildirmişdir.

Nazir qeyd etmişdir ki, ADAU-da “John Deere” şirkətinə məxsus kombaynların idarə edilməsi üzrə xüsusi otaqlar ayrilmiş , şirkətin nümayəndələri tərəfindən mexaniztorlara təlim kurslari keçirilmişdir.

Qeyd edilib ki, "Aqrolizinq" ASC tərəfindən bağlanmış müqavilələrə əsasən  bu günədək 8500 ədəd kənd təsərrüfatı texnikası "Aqrolizinq" ASC-nin bazalarına, o cümlədən pambıqçılığın inkişafı ilə əlaqədar 5143 ədəd texnika daxil olmuşdur. Bu gün 140 pambıqyığan kombayn, 400-dən çox qoşqu “Aqrolizinq” ASC-nin Regional nümayəndəlikləri, onların rayon (şəhər) bölmələrinin, həmçinin pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin şirkətlərinin istifadəsinə verilmişdir. İndiyədək 4000-dən çox texnikanın pambıq istehsalı ilə məşğul olan fermerlərə xidmət göstərilməsi məqsədilə istifadəyə verilməsi həyata keçirilmiş, qalan texnikaların isə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.

    Eyni zamanda şəkər çuğundurunun istehsalı ilə əlaqədar 312 ədəd, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar 3042 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları da cari il ərzində respublikaya gətirilmişdir.

   Qalan texnikalar isə cari ilin sonuna kimi respublikaya gətirilərək sahibkarların istifadəsinə veriləcəkdir.

Tədbir çərçivəsində nazir pambıqyığan kombaynbların sənədlərini və nömrə nişanlarını şirkət nümayəndələrinə təqdim etdi.

YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDiR