AMERİKALI PROFESSOR MOHAMMAD BABADOOST ADAU-DA MÜHAZİRƏ OXUYUB

Böyütmək | Kiçiltmək |

 

AMERİKALI PROFESSOR MOHAMMAD BABADOOST ADAU-DA MÜHAZİRƏ OXUYUBAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədrisin metodikasının təkmilləşdirilməsi, nəticəyönümlü təlimin tətbiqinin genişləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər sırasında xarici ölkələrin aparıcı universitetlərinin alimləri ilə birgə dərslərin aparılması, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi mühüm yer tutur.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost  “Aqronomluq” ixtisasının 2-ci kurs tələbələri üçün mühazirə oxuyublar. Mühazirənin mövzusu “Tağlı bitkilərin xəstəlikləri”nə həsr olunmaqla, burada unlu şeh, yalançı unlu şeh, antraknoz xəstəliklər, örtülü və açıq şəraitdə əsas xəstəliklərə qarşı mübarizə və onun prinsipləri qarşılıqlı və müqayisəli şəkildə tələbələrə çatdırılırb.

AMERİKALI PROFESSOR MOHAMMAD BABADOOST ADAU-DA MÜHAZİRƏ OXUYUBMühazirədən sonra geniş müzakirələr aparılıb və tələbələrin sualları hərtərəfli cavablandırılıb.

Qeyd edək ki, professor Mohammad Babadoost Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“ çərçivəsində bakalavriat səviyyəsində yeni açılan “Bitki mühafizəsi” ixtisası üzrə kurrikulumun beynəlxalq təcrübəyə əsasən hazırlanması məqsədilə 2017-ci ilin noyabrın 24-dən dekabrın 24-dək ADAU-da səfərdə olacaq.